“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün MƏHMƏKƏ VƏ MÜLKİ İŞLƏR ÜZRƏ HÜQUQŞÜNAS vəzifəsinə işçi axtarışı elan edir.
Bu vəzifənin əsas məqsədi məhkəmə və mülki işlərin idarə edilməsi, təşkilat daxilində əməliyyatların hüquqi dəstəklənməsidir.
Əsas vəzifə öhdəlikləri:
- Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
- Öz bacarıqları daxilində Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
- Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
- Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər sənədlərin hazırlanması və məhkəyə təqdim edilməsi;
- Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
- Müqavilələrin hazırlanmasında və onların hüquqi ekspertizasında iştirak etmək;
- Təşkilatın filiallarına və digər struktur bölmələrinə hüquqi dəstəyin həyata keçirilməsində iştirak etmək;
- Dövlət orqanlarından və ictimai təşkilatlardan daxil olmuş sorğu və müraciətləri qanunvericiliyə müvafiq cavablandırmaq;
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
- Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
- Hüquq sahəsi üzrə azı bir il iş tcərübəsinə və yaxud yüksək təhsil göstəricilərinə malik olmaq;
- Mülki, mülki-prosessual, ipoteka haqqında, həmçinin bank qanunvericiliyini mükkəməl bilməli;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq (İngilis və Rus dillərini bilmək arzuolunandır);
- Regionlara səfər etmək imkanına malik olmaq;
- Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Əla şəxsi keyfiyyətlər;
- Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 31 yanvar 2016-cı il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№003/16) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.