Expressbank daha bir nominasiya üzrə qalib oldu! | Banco.az

Expressbank daha bir nominasiya üzrə qalib oldu!

Geniş bank xidmətləri və məhsulları ilə daim öndə olan Expressbankdaha bir uğura imza atdı.Expressbank “MasterCard Platinum, Blackedition və Worldelite kartlarının say miqdarını ən çox artıran bank” nominasıyasında qalib oldu və “Gold və Standard kartlarının say miqdarını ən çox artıran bank” nominasiyasında 2-ci yerdə qərarlaşdı. Belə ki, Expressbank 1 oktyabr 2016-cı il tarixindən 31 mart 2017-ci il tarixinədək ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları arasında ən çox sayda MasterCardPlatinum plastik kartlarını emissiya edən bank olmuşdur.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.