Hərbçi və dənizçilərimizin hər zaman yanında olan Azərbaycan Beynəlxalq Bankı 25 iyun “Dənizçilər Günü” və 26 iyun “Silahlı Qüvvələr Günü” münasibətilə özəl kampaniyaya start verir. Bankın maaş kartına sahib Azərbaycan hərbçi və dənizçiləri kampaniyadan faydalanaraq nağd pul kreditini bu bankdan 2% endirimlə əldə edə bilərlər.
Bankdan verilən məlumata görə, kampaniya 21 iyun – 5 iyul müddətində keçərlidir.
Kampaniyanın özəllikləri:
Kreditin məbləği - 15.000 manatadək
Kreditin müddəti - 36 ayadək
İllik faiz dərəcəsi - 2% endirimlə
3000 manatadək ZAMİNSİZ
Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.