Bank Respublika sahibkarlara faydalı əməkhaqqı layihəsi təklif edir | Banco.az

Bank Respublika sahibkarlara faydalı əməkhaqqı layihəsi təklif edir

Bank Respublika müəssisə və təşkilatlara sərfəli şərtlərlə əmək haqqı layihələrini təklif edir. Yeni şərtlərə əsasən, banka müraciət edən sahibkarlar əməkhaqqı layihələrində bir sıra güzəşt və üstünlüklər əldə edə biləcəklər.

Əməkhaqqı layihəsi çərçivəsində, yüksək təhlükəsizlik dərəcəsi olan çiplə təchiz olunmuş MasterCard Standard kartları pulsuz, xidmət haqqı tutulmadan və 5 il müddətinə təklif olunur. Bank Respublika-nın geniş bankomat şəbəkəsində heç bir faiz tutulmadan vəsaiti nağdlaşdırmaq mümkündür.

Həmçinin, Bank Respublikanın əməkhaqqı kartı sahibləri Rabitəbank-ın ATM şəbəkəsində 0% komissiya ilə nağdlaşdırma apara bilərlər. Bundan başqa, əmək haqqı kartları istifadəçiləri üçün güzəştli şərtlərlə istehlak kreditlərinin verilməsi də nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Bank Respublika-nın bütün kartıları (əməkhaqqı kartları daxil) avtomatik qaydada PayKart bonus sisteminə qoşulur. Plastik kartınızla partnyor şəbəkəsində  nağdsız alış etdikdə, sistemin konkret partnyorundan asılı olaraq – hər ödənişdə məbləğin 25%-dək Sizə bonus şəklində “Pay” verilir. 

Beləliklə, müəssisə rəhbərləri Bank Respublika-nın əmək haqqı layihəsinə qoşularkən, güzəştlərdən faydalanmaqla yanaşı, əlavə vaxt itkisindən və əlavə resurslar cəlb etməkdən azad olurlar. Əmək haqqı layihəsinə qoşulmaq üçün bankın istənilən ofisinə müraciət etmək olar.