“Bank of Baku” www.hesab.az portalı ilə əməkdaşlığa başladı! | Banco.az

“Bank of Baku” www.hesab.az portalı ilə əməkdaşlığa başladı!

Artıq “Bank of Baku” müştəriləri və bank məhsullarından bəhrələnmək istəyən hər kəs www.hesab.az  internet portalının elektron xidmətlərindən faydalana bilər. Bu, “Bank of Baku” ilə “Golden Pay” onlayn ödəmə provayderi arasında imzalanmış saziş nəticəsində mümkün olub.  

Beləliklə, indi “Bank of Baku” müştəriləri www.hesab.az vasitəsilə aşağıdakı onlayn əməliyyatları rahat həyata keçirə bilərlər:

  • Kredit ödənişi: onlayn ödəniş bankı ziyarət etmədən, birbaşa evdən və ya ofisdən ödəməyə şərait yaradır. Bu zaman, istənilən bankın kartı ilə “Bank of Baku”-nun eyni valyutada olan kredit ödənişləri əlavə komissiya haqqı tutulmadan edilə bilər
  • Bolkartla ödəniş: Artıq portalda yalnız MasterCard Bolkartlar yox, bütün Bolkart sahibləri  kommunal, mobil rabitə, internet və digər ödənişlərini həyata keçirə bilərlər.Bolkartla ödənişlər edən şəxs xüsusi aksiya dövründə üç ( 3) qat bonuslar qazanacaq. Bolkartla “Bank of Baku”-nun və digər bankların kredit ödənişlərini etmək mümkün deyil.
  • Kredit sifarişi : onlayn sifariş banka baş çəkmədən, növbəsiz və vaxt itkisinə yol vermədən kredit almaq imkanı verir.

Onlayn ödəniş və kredit sifarişi üçün saytın “Bank və Lizinq” bölməsinə daxil olub, “Bank of Baku”  bölməsini seçmək tələb edilir.

Ən sərfəli kredit üçün müraciət et

www.hesab.az vasitəsilə ödənişlər  sürətli, rahat və təhlükəsizdir. “Hesab.az” portalında aparılan əməliyyatlar zamanı ödənişlərin təhlükəsizliyi müasir şifrələnmə texnologiyaları vasitəsilə yaradılır.

“Hesab.az” portalında sadə qeydiyyat prosedurunu keçdikdən sonra hər bir istifadəçi istədiyi zaman bank xidmətlərindən onlayn yararlana bilər. Bunun üçün yalnız istifadə müddəti bitməyən və balansında kifayət qədər vəsaiti olan bank kartı tələb olunur.

İnternet portal həftənin 7 günü 24 saat ərzində fəaliyyətdədir.

“Bank of Baku” hazırda ölkədə ən çox kredit kartı və hissə-hissə ödəniş kartı olan bankdır. Bankın hal-hazırda 200 minə yaxın Bolkart istifadəçisi mövcuddur.

Daha ətraflı: https://www.facebook.com/bankofbaku və ya 145 Məlumat Mərkəzi.

Bank of Baku