“Bank of Baku”-nun “Şirvan” filialı fəaliyyətə başladı! | Banco.az

“Bank of Baku”-nun “Şirvan” filialı fəaliyyətə başladı!

Azərbaycanın regionlarında artan müştəri kütləsinə çevik xidmət göstərmək məqsədi ilə “Bank of Baku”-nun Şirvan şəhərində ( keçmiş Əli Bayramlı) eyni adlı filialı fəaliyyətə başlayıb.

Yeni filialın açılışı münasibətilə “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə bildirib ki, bankın cari ilin əvvəlində qəbul etdiyi İnkişaf Planında regional filial şəbəkəsinin inkişafına xüsusi önəm verilir. “Şirvan şəhərindəki filialımız  bütün bank xidmət və məhsullarını təklif edir və özünün texniki təchizatı və rahatlığı baxımından ən yüksək standartlara malikdir. Biz şadıq ki, yeni iş yerlərinin yaradılması və bölgə iqtisadiyyatının inkişafına töhfəmizi verə bilirik”.

“Bank of Baku”-nun yeni filialı bankın sayca artıq 21-ci filialıdır. “Şirvan” filialı M.Rəsulzadə küçəsi, 33 ünvanında yerləşir və  bazar ertəsindən şənbəyə kimi saat 9:00-dan 17:00-a kimi müştərilərə bütün növ bank xidmətləri göstərir. Fasilə: 13:00-14:00. 


“Bank of Baku”-nun filial şəbəkəsi barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür.


“Bank of Baku”-nun xidmət və məhsulları ilə yaxından tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçininwww.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

Ən sərfəli kredit üçün müraciət et