Bank BTB, məzuniyyətlər mövsümünə özəl olaraq fərdi bank seyflərinin icarəsi üzrə sərfəli endirimlər elan edir. Belə ki müxtəlif ölçülərdə olan fərdi bank seyflərinin icarəsinə olan endirim 50% təşkil edir. Kampaniyanın müddəti 3 aydır.
Endirimli tariflər cədvəldə qeyd olunan kimidir və 31.08.2017 tarixinə kimi güvədədir.
Seyfin ölçüsü |
Cari 1 aylıq qiymət |
Kampaniya müddətində qiymət |
100mm x 326mm x 420mm |
30 AZN |
15 AZN |
200mm x 326mm x 420mm |
40 AZN |
20 AZN |
400mm x 326mm x 420mm |
60 AZN |
30 AZN |
600mm x 326mm x 420mm |
80 AZN |
40 AZN |
Qeyd edək ki, müxtəlif ölçülərdə, davamlı materiallardan hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri Bank BTB-nin baş ofisində Y.Səfərov küç., 27 ünvanında yerləşir. Tətbiq olunan “iki açar prinsipi (1 açar müştəridə və 1 açar bankda) yüksək məxfiliyi təmin edir. Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz.*Cədvəldə göstərilmiş qiymətlərə ƏDV daxildir.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.