Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyəti Strateji Yol Xəritəsinə uyğun quracaq | Banco.az

Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyəti Strateji Yol Xəritəsinə uyğun quracaq

13 fevral 2017-ci il tarixində  Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda  ölkədə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlardan, Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyətinin Strateji Yol Xəritəsinə uyğun qurulacağından söhbət açılıb.

İclası giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev son vaxtlar ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti, bu sahəyə olan dövlət qayğısı barədə ətraflı məlumat verib. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi barədə sərəncamı özəl sektorun inkişafına yönələn addım kimi qiymətləndirib. M.Musayev bildirib ki, Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişafın əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Azərbaycan Sahibkarlar Konfederasiyası fəaliyyət göstərdiyi müddətdə kiçik və orta sahibklarlığın problemlərinin öyrənilməsi, mövcud problemlərin müvafiq qurumlara çatdırılması  sahəsində bütün cari fəaliyyətini Strateji Yol xəritəsinin hədəflərinə uyğun quracaq.

Ən sərfəli kredit üçün müraciət et

İclas zamanı Azərbaycan Sahibkarlar Konfederasiyasının  2016-cı ildə fəaliyyəti  barədə hesabat  verilib, konfederasiyanın ictimai həyatında baş verən yeniliklər barədə iclas iştirakçıları  məlumatlandırılıb. Bildirilib ki,  2016-cı ildə  yadda qalan əlamətdar hadisə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il  25 aprel “Sahibkarlar Günü”-nün təsis edilməsi olub. Sözügedən sərəncamın icrasından irəli gələrək 25 aprel 2017-cı il tarixdə “Sahibkarlar Günü”-nə həsr  olunmuş tədbirin  keçirilməsi nəzərdə tutulur. Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu tədbirə bugündən hazırlaşmalıdır.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının   Baş katibi Orxan Bayramov  ASK-nın fəaliyyətinin, onun daxili sturukturunun və komissiyalarının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinə” uyğunlaşdırılması zəruriyyətindən söz açıb.

Daha sonra gündəlikdə qeyd olunan cari  məsələlərin müzakirəsinə başlanılıb.