23 iyun 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) «Azərbaycan İpoteka Fondu» ASC – nin (AİF) AZ2018008683 dövlət qeydiyyat nömrəli, adlı sənədsiz faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir
İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si |
AZ2018008683 |
Hərraca çıxarılan həcm (nominal qiymətlə) |
15 000 000 AZN |
Bir istiqrazların nominal qiyməti |
1000 АZN |
İstiqrazların tədavül müddəti |
7560 gün |
İstiqrazlar üzrə gəlirlilik |
3 % |
İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1006.50 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.