Yay gəldisə, səyahətlər artıq başladı deməkdir. Azər Türk Bank bu səfər səyahəti sevənləri sevindirmək, yayın ləzzətini iki qat çıxarmaq üçün Bankın ödəniş kartlarına endirim tətbiq etdi. Artıq Bankın geniş imkanlara malik kartlarını daha endirimli qiymətə əldə edə biləcəksiniz.
Vaxtaşırı tətbiq edilən endirimlərlə yanaşı Bank tez-tez müştərilərini innovativ məhsul və xidmətlərlə sevindirir. Məhz buna görə də Azər Türk Bank kart istifadəçilərinin rahatlığını təmin etmək üçün xaricdə geniş istifadə edilən təmassız ödəmə kartları - Visa payWave və MasterCard PayPass təklif edən ilk banklardandır.
Bankın ödəniş kart müştəriləri Azər Türk Bank mobil tətbiqini "Google Play" və "App Store"-dan yükləməklə kart hesab hərəkətlərini izləyə, kartdan karta pul köçürə və kommunal, telefon və digər ödənişləri edə bilərlər. Səyahət edəcəyiniz yerdən asılı olmayaraq Azər Türk Bank kartları həmişə sizə faydalı olacaq.
Endirimindən yararlanıb etibarlı Dövlət bankı Azər Türk Bankın kart müştərisi olmaq istəyənlər www.azerturkbank.azsaytından istədiyi kartı sürətli şəkildə onlayn sifariş edə bilərlər.