“Azər Türk Bank” ölkədə ilk Maliyyə və İnvestisiya Forumuna dəstək verir | Banco.az

“Azər Türk Bank” ölkədə ilk Maliyyə və İnvestisiya Forumuna dəstək verir

Ölkə Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində yer alan əsas hədəflərdən biri də maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılmasıdır. 

Bununla əlaqədar olaraq 6 may tarixində ölkədə ilk dəfə Maliyyə və İnvestisiya Forumu keçiriləcək.

Forum maliyyə və investisiya sahəsində fəaliyyət göstərən böyük holdinq və şirkət nümayəndələri tərəfindən könüllü şəkildə həyata keçirilir.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, səhmlərinin 75 faizi dövlətə məxsus “Azər Türk Bank” ölkədə ilk dəfə baş tutan bu mühüm əhəmiyyətli tədbirin də sponsoru kimi çıxış edir. 

Ən sərfəli kredit üçün müraciət et

Daim yenilikçi və innovativ olan “Azər Türk Bank”ın bu layihədə iştirak etməkdə niyyəti ölkədə maliyyə üzrə maarifləndirməyə dəstək olmaqdır.

Xatırladaq ki, maliyyə bazarları və inkişaf perspektivləri, maliyyələşmə strategiyaları, vergi siyasəti, şəffaf hesabatlılıq və digər aktual mövzuları əhatə edən tədbirdə ölkənin nüfuzlu şirkətlərinin menecerləri spiker kimi iştirak edəcəklər.