"AtaBank"ın yeni Sahil şöbəsi istifadəyə verildi | Banco.az

"AtaBank"ın yeni Sahil şöbəsi istifadəyə verildi

Bakı şəhərində “AtaBank” ASC-nin yeni "Sahil" şöbəsinin açılışı olub. 28 May metrosunun yaxınlığında, Puşkin küçəsində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir. 

Yeni açılmış  həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pulköçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur. 

Şöbənin açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev və Filiallarla iş departamentinin  direktoru İlqar Sadıqov iştirak ediblər. Açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev bildirib ki, “AtaBank ASC-nin konsolidasiyadan sonra bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib.Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci yerdə qərarlaşıb”. 

Ən sərfəli kredit üçün müraciət et

"AtaBank"-ın  "Sahil" şöbəsi bazar ertəsindən cümə gününəkimi saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. "AtaBank"-ın yeni "Sahil" şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com