Amerikan investorlar Rəqəmsal Ticarət Qovşağına böyük maraq göstəriblər | Banco.az

Amerikan investorlar Rəqəmsal Ticarət Qovşağına böyük maraq göstəriblər

ABŞ-ın paytaxtı Vaşinqtonda, ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da iştirak edib. Bu mötəbər tədbirdə çıxış edən Vüsal Qasımlı iştirakçılara Azərbaycanda qəbul edilmiş Strateji yol xəritələri barədə dolğun məlumat verib. İcraçı direktorun geniş təqdimatı Amerikalı iş adamlarında Azərbaycan iqtisadiyyatı və ölkədə həyata keçirilən iqtisadi islahatlar barədə aydın təsəvvür yaradıb. Daha sonra Vüsal Qasımlı Azərbaycanda ixrac imkanlarını genişləndirmək üçün sahibkarlara dəstək olan Azexport portalı barədə təqdimat edib. O, bildirib ki, sahibkarlara yeni, real imkanlar və şərait yaratmaq baxımından Azexport portalı çox əhəməyyətlidir. Həmçinin, İİTKM-nin icraçı direktoru Azərbaycan Rəqəmsal Ticarət Qovşağının yaradaılması istiqamətində görülən işlərlə bağlı tədbir iştirakçılarını məlumatdırıb. O, qeyd edib ki, Rəqəmsal Ticarət Qovşaq ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistikaimkanlarından və informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.

Ən sərfəli kredit üçün müraciət et

Amerikalı investorlarRəqəmsal Ticarət Qovşağına böyük maraq göstəriblər. İnvestorlar söhbət zamanı bildiriblər ki, ümumilikdə Azərbaycandakı islahatlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük ümid yaradır. Bu xüsusi ilə Azərbaycanın regionun rəqəmsal liderinə çevrilməsi baxımından önəmlidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.