AccessBank “Səsli kitablar” layihəsinə dəstək oldu | Banco.az

AccessBank “Səsli kitablar” layihəsinə dəstək oldu

Bank görmə qabiliyyəti zəif uşaqlar üçün audio kitabların yazılmasına sponsorluq etdi

AccessBank Community.az və Təhsil Nazirliyinin birgə keçirdiyi “Səsli kitablar” layihəsinə dəstək oldu. Bu layihə çərçivəsində görmə qabiliyyəti zəif olan şəxslər üçün audiokitablar hazırlandı. Azərbaycan və dünya yazıçılarının əsərlərindən ibarət audiokitablar görmə qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasına yardım edəcək.

Bu layihə 2016—cı ilin sonunda Bankın dəstəyi ilə keçirilən  “İdeya – 2017” müsabiqəsinin qalibinin ideyası əsasında hazırlanıb. Yazılan audiokitablar görmə məhdudiyyətli uşaqların təhsil aldığı 5 saylı internat-məktəbin istifadəsinə veriləcək. Layihənin davamında yeni audiokitabların səsləndirilməsi də planlaşdırılır. “Səsli kitablar” layihəsi zamanı həmçinin uşaqların içtirakı ilə videoçarx da çəkildi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Səsli kitablar” layihəsinə AccessBank-dan savayı, Pasha Holding, Axa Mbask, Referans Klinik Laboratoriya Mərkəzi və LOR hospitalı da dəstək oldular.