Access Bank öncə elan etdiyi müsabiqədə iştirak etmək istəyən jurnalistlərin çoxsaylı xahişləri nəzərə alaraq, müsabiqə işlərinin təqdim olunma günü 18 noyabr 2013-cü il tarixinədək uzatdı.
AccessBank peşəkar jurnalistlər arasında «Azərbaycanın maliyyə təşkilatlarında korporativ sosial məsuliyyət. Cəmiyyətdə biznesin rolu» mövzusunda ən yaxşı material müsabiqəsi keçirir. Azərbaycanın bütün KİV nümayəndələri bu müsabiqədə iştirak edə bilərlər. 1 noyabr 2013-cü il tarixindən gec olmayaraq qəzet və jurnallarda çap olunan, İnternet portallarında dərc edilən, eləcə də televiziya və ya radio vasitəsi ilə Azərbaycan və rus dillərində yayımlanan materiallar müsabiqəyə qəbul ediləcək. Təqdim olunan işlər bu müsabiqə elan olunmazdan əvvəl dərc olunmamalı, həmçinin yayımlanmamalıdırlar.
Mükafat fondu:
1-ci yer – 1000 AZN
2-ci yer – 700 AZN
3-cü yer – 500 AZN
Müsabiqə işləri obyektivlik, məlumatın dolğunluğu, şərhin səlisliyi kimi meyarlar əsasında qiymətləndiriləcək. Materiallarin həcmi Times New Roman, 12 şrifti ilə 4 səhifədən (A4 formatında) artıq, televiziya və radio süjetlərinin müddəti isə 3 dəqiqədən az olmamalıdır. Hazırlanan materiallarda onların AccessBank tərəfindən keçirilən «Azərbaycanın maliyyə təşkilatlarında korporativ sosial məsuliyyət. Cəmiyyətdə biznesin rolu» mövzusunda keçirilən müsabiqə çərçivəsində hazırlandığı mütləq göstərilməlidir.
Bütün materiallar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətini Azərbaycan korporativ sosial məsuliyyət şəbəkəsinin həmtəsisçisi Əhəd Kazımov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyid-zadə və AccessBank-ın Korporativ Sosial Məsuliyyət üzrə baş mütəxəssisi Kamal Eminov təşkil edəcək.
Müsabiqə materialları [email protected] elektron ünvanına, yaxud Azərbaycan, AZ 1065, Tbilisi prospekti 3 poçt ünvanına («İctimaiyyətlə əlaqələr şöbəsinə. Müsabiqə üçün» qeydi ilə) göndərilməlidir.
Əlaqə telefonları: +994 12 408 23 87; 012 490 80 10(daxili nömrə: 217).