Ziraat bank xalis mənfəətini 555 min manat azaldıb! | Banco.az

Ziraat bank xalis mənfəətini 555 min manat azaldıb!

2018-ci ilin ikinci rübündə Ziraatbank öz aktivlərinin həcmini 4 mln 311 min manat artırıb, belə ki, keçən rüb 225 mln 557 min manat olan aktivlər bu rüb 229 mln 868 min manata yüksəlib. Öhdəlikləri isə uyğun olaraq 154 mln 707 min manatdan 162 mln 805 min manata yüksələrək 5% artıb. 

Kredit portfelinə gəldikdə keçən rüb 79 mln 414 min manat  olan portfel 13% artaraq 89 mln 563 min manata yüksəlib. Depozit portefli isə 89 mln 133 min manatdan 94 mln 277 min manata qalxaraq 6% artım əldə edib.

Ən sərfəli kredit üçün müraciət et

Kapitalı keçən rübə nəzərən 788 min manat azaldan bankın hazırda  bu göstəricisi 67 mln 63 min manatdır. Uyğun olaraq məcmu kapitalı da keçən rübə nəzərən 812 min manat azalaraq 63 mln 887 min manata düşüb.

Mənfəəti 1 mln 692 min manatdan 1 mln 137 min manata düşərək 555 min manat azalsa da, buna  rəğmən bank öz mənfəətini qoruyub saxlaya bilib.