Yunanıstan axır ki, kreditorlarla ortaq məxrəcə gələ bildi. Lakin ölkə sakinləri hökumətin qərarından narazı qalıblar.
İnsanlar öz etirazlarını Twitterdə #ThisIsACoup hashtagları ilə bildiriblər.
Referendumun nəticələri, yunanların bu qərara qarşı çıxdığını göstərmişdi. Lakin hökumət fərqli qərar qəbul etdi.
Insanlar fikirləşir ki, bu yolla Yunanıstanın demokratiyası əlindən alınır, insanlar səsvermə hüququnu itirirlər. Hətta bunu terrorizm adlandıranlar da var. "Avropa borcları ödəmək pərdəsi altında, ölkədə özəlləşdirmə, alçaldılma siyasətini yeridir."
"Yunan fiaskosunu görmək həqiqiətən çox ağırdır, o artıq, suveren ölkə deyil."