Yunanıstan təslim oldu | Banco.az

Yunanıstan təslim oldu

Radikal Sol Koalisiyasının seçkiləri udmasından 6 ay keçdi, banklar bağlandı 5 iyul referendumu baş tutdu. Nəhayət Yunanıstan Aİ liderləri ilə razılığa gəldi.

Avropa Zirvəsinin (EU Council) sədri  Donald Tusk mətbuat konfransında bunu "aGreekment" adlandırıb.

Politicodan (Virginiyada Siyasi Jurnalistika Təşkilatı) Ryan Heath xəbər verir ki, Yunanıstana borcların ödənilməsi üçün 37.5 mlrd avro, ölkə iqtisadiyyatının dirçəldilməsi üçün isə 12.5 mlrd avro yardım ediləcəyi gözlənilir. Ümumulikdə isə ölkə büdcəsinə təxminən 50 mlrd avro yatırılacaq ($55.83 billion, £35.97 billion). Bu rəqəm isə Yunanıstanın istədiyi məbləğdən cüzi azdır. Qeyd edək ki, keçən həftə Yunanıstan yardım tələbinin məbləğini Avrozona ölkələrinə elan etmişdi.

Heath həmçinin əlavə edib ki, təkcə 25mlrd avro ($27.88 billion, £17.93 billion) bankların yenidən kapitallaşdırılması üçün ayrılıb.

Yunanıstan iqtisadiyyatına tətbiq olunması nəzərdə tutulan struktur islahatlar isə, bu çərşənbə günü parlamentin iclasında qəbul olunmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bəs ölkə iqtisadiyyatına hansı yeniliklərin tətbiq olunması gözlənilir?

  1. İdarəetməni yaxşılaşdırmaq üçün, geniş miqyasda özəlləşdirmə siyasətinə başlanılması,
  2. Pensiya islahatlarının tətbiqi,
  3. Yunanıstanda bazar iqtisadiyyatının ümumilikdə yenidən tənzimlənməsii və liberallaşdırılması. Əczaçılıq kimi sahələrin rəqabətcil mühitə  uyğunlaşdırılması.
  4. Ölkədə əmək bazarında müasirliyə meyil yaratmaq,
  5. Yunanıstanda daha yaxşı hökumət qurulması üçün, siyasi sistemə yenidən baxılması,
  6. Sol radikal Hökumətin ilk 6 ay əzində referenduma qarşı çıxması, qanunvericilkdə dəyişikliklər edilməsini labud edir.