Bu gün Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi prezident İlham Əliyevə təqdim olunub.
Dövlət başçısı şəxsiyyət vəsiqəsi üçün foto çəkdirib. Prezident İlham Əliyev elektron imza qoyub. Daha sonra yeni nəsil şəxsiyyət vəsiqəsini prezident İlham Əliyevə daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev təqdim edib.
Daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev elektron şəxsiyyət vəsiqəsinin hazırlanması və vətəndaşlara verilməsi ilə bağlı Prezident İlham Əliyevə məlumat veriblər.
Fed.az