Yelo App ən rahat mobil tətbiq seçildi | Banco.az

Yelo App ən rahat mobil tətbiq seçildi

Oktyabrın 17-də ölkənin mobil bankçılığına həsr olunmuş “Mobile Banking Day Baku” konfransı keçirildi. Konfransda 10 yerli mobil bankçılıq tətbiqlərində istifadəçi təcrübəsinin öyrənilməsi araşdırmasının nəticələri təqdim olundu. Markswebb agentliyinin həyata keçirdiyi tədqiqatda Yelo yüksək xal əldə edərək ən rahat mobil tətbiq seçildi. 1000 kriteriya üzrə müqayisələrin nəticələrinə görə Yelo, ən rahat mobil tətbiq kimi dəyərləndirildi.

Yelo hazırda müştərilərinin ən çox istifadə etdiyi bank mobil tətbiqləri içərisində ilk yerlərdədir. Bu unikal tətbiqdə həm fərdi, həm də biznes hesabını idarə etmək mümkündür. Yelo tətbiqinə digər bankların kartlarını da əlavə etmək mümkündür. Qeyri-müştərilər tətbiqi yükləyərək kredit və kart sifariş edə bilərlər. İl sonunadək Yelo tətbiqinin hazırki funksiyalarının daha da təkmilləşdirilməsi və yeni innovativ funksiyaların əlavə edilməsi planlaşdırılır.

Yelo mobil tətbiqinin smartfonunuza yükləyib, parlaq bankçılıqdan siz də zövq ala bilərsiniz: https://bit.ly/ylmbltb

Bank xidmətləri, həmçinin, mikro kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram