Yaponiyanın ticarət kəsiri artım göstərib | Banco.az

Yaponiyanın ticarət kəsiri artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyanın ticarət kəsiri apreldə ötən illə müqayisədə təxminən 8 faiz artıb.

Banco.az xəbər verir ki, ötən ay Yaponiyanın ixracı artıb və ticarət kəsiri gözləniləndən çox reallaşıb.

Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə, Yaponiyanın aprel ayı ixracatı illik 8,3 faiz artıb. Bu, mart ayındaki 7,3 faiz artımdan yuxarı olsa da, iqtisadçıların 11,1 faizlik artım proqnozlarından aşağıdır.

Məlumatlar göstərir ki, Çinə ixrac 9,6 faiz artıb.

Aprel ayında idxal da əvvəlki illə müqayisədə 8,3 faiz yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da Yaponiyanın ticarət balansında 462,5 milyard yen (2,96 milyard dollar) müsbət saldo yaranıb. Bu, iqtisadçıların 339,5 milyard yen məbləğində ticarət kəsiri yaranacağı ilə bağlı proqnozuna çata bilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram