Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyada baza istehlak qiymətləri iyun ayında əvvəlki illə müqayisədə 2,6 faiz artıb.
Banco.az xəbər verir ki, Yaponiyanın əsas istehlak qiymətləri bir il əvvələ nisbətən iyun ayında 2,6 faiz artaraq ardıcıl ikinci ayda da sürət qazanıb. Bu, mərkəzi bankın tezliklə faiz dərəcələrini artıra biləcəyi ilə bağlı bazar proqnozlarını gücləndirib.
Təzə qidalar istisna olmaqla hesablanan baza istehlak qiymətləri indeksi may ayında 2,5 faiz artmışdı. İqtisadçılar iyunda qiymətlərin 2,7 faiz artacağını gözləyirdilər.
Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, həm enerji, həm də təzə qida məhsullarını istisna edən və əsas qiymət tendensiyalarını göstərən baza CPI isə 2,2 faiz artıb.
Qeyd edək ki, sözügedən göstəricilər Yaponiya Bankının (BOJ) 30-31 iyul tarixlərində keçiriləcək siyasət iclasında araşdıracağı amillər arasında olacaq. İclasda şura yeni rüblük proqnozlar verəcək və faiz dərəcələrinin indiki sıfıra yaxın səviyyədən qaldırılıb-qaldırılmayacağını müzakirə edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!