Müəllif:Mehin Qasımova/Banco.az
Yaponiya elektrik avtomobilləri istehsal edən şirkətlər üçün vergiləri azaldacaq.
Banco.az xəbər verir ki,qanunun 2024-cü ildə qüvvəyə minməsi gözlənilir.
Yaponiya hökuməti altı strateji sahəyə, o cümlədən yeni növ yarımkeçiricilərin, elektromobillərin və yüksək tutumlu akkumulyatorların istehsalına sərmayə qoyan şirkətlər üçün korporativ vergiləri azaltmaq niyyətindədir.
İqtisadiyyatın strateji əhəmiyyətli sektorları kateqoriyasına həmçinin yanma zamanı azalmış karbon qazı buraxan aviasiya bioyanacağının inkişafı və istehsalı da daxildir.
Yaponiya 2050-ci ilə qədər sənaye və avtomobillərdən atmosferə karbon qazı emissiyasını tamamilə dayandırmağı planlaşdırır. 2030-cu ilə qədər onların 2013-cü il səviyyələri ilə müqayisədə 46% azalacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!