Xoşbəxtlik ilə bağlı maraqlı fakt aşkarlanıb | Banco.az

Xoşbəxtlik ilə bağlı maraqlı fakt aşkarlanıb

Danimarkada dünyanın ən xoşbəxt insanları yaşayır. Aparılmış yeni tədqiqatdan məlum olub ki, ölkə sakinlərinin xoşbəxtliyinin sirri onların DNK-sındadır.

Belə ki, Böyük Britaniyanın Uorik Universitetinin Qlobal Tədqiqatlar Mərkəzinin (University of Warwick’s Centre for Competitive Advantage in the Global Economy) alimləri Danimarka və Niderland kimi ölkələrin mütəmadi olaraq beynəlxalq xoşbəxtlik indeksi üzrə ÜDM-nin yüksək olduğu digər Avropa ölkələrini geridə qoymasını aydınlaşdırmaq qərarına gəliblər. Onlar tərəfindən yüksək həyat səviyyəsindən razılığın təkcə həyat səviyyəsindən deyil, həm də genetik amillərdən asılı olmasını sübut edən bir neçə faktlar aşkar olunub.

Tədqiqatın birinci hissəsində alimlər müxtəlif ölkələrin sakinləri arasında genetik məsafəni ölçüblər. Dövlətlərin sosial-iqtisadi inkişaf və mədəniyyət səviyyəsi, eləcə də ərazilərində yaşayan xalqların dini nəzərə alınmaqla 131 ölkənin tədqiqat məlumatının təhlili aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı, tədqiqat müəlliflərindən biri Euhenio Protonun sözlərinə görə, nəticələr gözlənilməz olub. Biz müəyyən etdik ki, digər xalqların genetik məsafəsi Danimarka sakinlərindən nə qədər uzaqlaşırsa, bir o qədər onların həyatdan razılıq səviyyəsi aşağı düşür.

Başqa sözlə, xalqlar genlərin strukturuna görə danimarkalılara nə qədər yaxın olsa, bir o qədər xoşbəxt olarlar.

Tədqiqatın ikinci hissəsində beyində serotoninin kimyəvi maddə səviyyəsinə təsir göstərən və yaxşı əhval-ruhiyyəyə səbəb olan xoşbəxtlik və gen arasındakı əlaqə müəyyənləşdirilib. Məlum olub ki, daha az xoşbəxt olan insanlar bu genin qısa variantına malikdir.

"Tədqiq edilən 30 ölkə arasında Danimarka və Niderlandda bu genin qısa versiyasına malik çox az sayda insan yaşayır", - E.Proto qeyd edib.

Mənbə: milli.az