Xalq Bank 2024-cü ilin 9 ayını 54 mln. manat xalis mənfəət ilə başa vurub | Banco.az

Xalq Bank 2024-cü ilin 9 ayını 54 mln. manat xalis mənfəət ilə başa vurub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin III rübünün yekunlarına görə, ölkənin aparıcı banklarından biri olan "Xalq Bank" yanvar-sentyabr aylarında 54 mln. 47 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 0,6% çoxdur. Ötən ilin eyni dövründə bankın mənfəəti 53,7 milyon manat təşkil edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin 30 sentyabr tarixinə "Xalq Bank"ın aktivləri 2 mlrd. 942 mln. 459 min manat təşkil edib.

Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 5.1% artaraq 1.982 mlrd. manata yüksəlib.

Qeyd edək ki, bankın depozit portfelinin həcmi isə 1 milyard 980 milyon manat təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram