2018-ci ilin üçüncü rübündə bankların cəmi mənfəəti (zərərdə olan bankları çıxmaqla) 538 mln 273 min 463 manat olub. 5 ən yaxşı bankın mənfəəti isə 480 mln 868 min manatdır. Bu da bankların ümumi mənfəətinin 89%-nin 5 bank tərəfindən təşkil olunduğunu söyləməyə imkan verir.
Bank |
Xalis mənfəət (AZN) |
Beynəlxalq Bank |
319 219 000 |
Kapital Bank |
71 092 000 |
Unibank |
34 110 000 |
Paşa Bank |
28 267 000 |
Bank Silkway |
28 180 000 |
TOP 5 - də mənfəətinə görə birinci yerdə olan Beynəlxalq bankla Kapital bank arasında cəmi 248 mln manat fərq var.