Müəllif: Tamara Mustafayeva, Banco.az
Varlılar üçün ən bahalı şəhərlərin adları açıqlanıb.
Banco.az xəbər verir ki, “Julius Baer's Lifestyle Index” yaşayış yerləri, avtomobillər, biznes sinif uçuşları, məktəblər, yeməklər və digər dəbdəbə nümunələrini təhlil edərək dünyanın ən bahalı şəhərini müəyyənləşdirib.
Nəticələr göstərir ki, Asiya bu il də ardıcıl dördüncü ildir ki, dəbdəbəli yaşayış üçün ən bahalı region olaraq qalır.
Gəlin siyahının ilk 10 şəhəri ilə tanış olaq.
Sinqapur
2022-ci ildə varlılar üçün ən bahalı 5-ci şəhər olan Sinqapur 4 pillə irəliləyərək zirvəyə yüksəlib.
Şanxay
2022-ci ildə varlılar üçün ən bahalı şəhər olan Şanxay bu il 1 pillə geriləyərək 2-ci yerə düşüb.
Honkonq
Ötən il 4-cü yerin sahibi Honkonq bu il 3-cü yerdə qərarlaşıb.
London
2022-ci ildə 2-ci yerdə olan London 2023-cü ildə 4-cü yerin sahibidir.
Nyu-York
Nyu-York 11-ci yerdən 6 pillə yüksələrək 5-ci ən bahalı şəhər olub.
Monako
Monako 6-cı pilləni qoruyub.
Dubay
Dubay 2023-cü ildə 14-cü yerdən 7-ci yerə yüksəlib.
Taypey
Taypey isə 2023-cü ildə 3-cü yerdən 8-ci yerə düşüb.
San-Paulu
San-Paulu 2023-cü ildə 12-ci yerdən 9-cu yerə qalxıb.
Mayami
Mayami bu il 18-ci pillədən 10-a qədər irəliləyib. Bununla da, 8 pillə birdən yüksələn yeganə şəhər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!