Vakansiya! “Finca Azerbaijan”da işləmək imkanı! | Banco.az

Vakansiya! “Finca Azerbaijan”da işləmək imkanı!

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün Hesabatvermə üzrə işçi/Analitik vəzifəsinə işçi axtarışı elan edir. Banco.az portalı olaraq, sizə vakansiya üzrə müəyyən edilmiş əsas funksiyalar və tələb olunan keyfiyyətlər haqqında məlumatı təqdim edirik:

Əsas funksiyalar:

• Portfel üzrə hesabatları istifadəçilər üçün daha rahat etməkdə mövcud hesabatların tərtibatında dəyişikliklər edir və yeni hesabatlar təqdim edir;
• Xarici tərəfdaşlar üçün əməliyyat hesabatları hazırlayır;
• Bazar, yeni məhsullar, müştəri yönümlü statistika, riskli portfel və s.-ə dair istiqamətlər üzrə hesabat verir. BƏM-ə analitik hesabatlar təqdim edir.
 
Tələb olunan keyfiyyətlər:

• İqtisadiyyat, Riyaziyyat və İdarəetmə sahəsində ali təhsil;
• Banklarda və/ya Mikromaliyyə İnstitutlarında kiçik və ya orta idarəetmə vəzifələrində iş təcrübəsi;
• Mikromaliyyə sahəsində biliyi olanlara üstünlük verilir;
• Mükəmməl analitik bacarıqlar;
• Mükəmməl hesabatvermə bacarıqları;
• Yüksək təqdimat bacarığı;
• Yüksək təşkilati bacarıqlar;
• Peşəkar kompüter istifadəçisi; xüsusilə peşəkar MS Excel və MS Power Point istifadəçisi;
• Mükəmməl şəxsiyyətlərarası ünsiyyət bacarıqları;
• Gərgin iş rejimində və qarşıya qoyulmuş müddətdə işin təhvil verilməsində punktuallıq;
• Mükəmməl Azərbaycan və İngilis dili bilikləri, Rus dilini bilənlərə üstünlük verilir.

Ən sərfəli kredit üçün müraciət et

Vakansiya ilə maraqlanan şəxslər öz tərcümeyi-halını (CV) 19 İyul 2014-cü il tarixindən gec olmamaq şərtilə, [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№417/14) qeyd etməklə göndərə bilərlər.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs