Universitet tələbəsi milli brauzer yaradıb | Banco.az

Universitet tələbəsi milli brauzer yaradıb

Azərbaycan dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsi Şamxal Hüseynli mobil brauzer yaradıb.

Xeberler.az-ın məlumatına görə, bu gün Universitetdə Şamxal Hüseynlinin startap layihəsinin təqdimatı keçirilib.

Mərasimdə UNEC-in rektoru Ədalət Muradov, müəllim heyəti və ekspertlər iştirak edib.

Layihə rəhbəri saytımıza bildirib ki, bu brauzer dünyanın nəhəngləri olan Google Chrome, Mozilla-dan həcminə görə fərqlənir.

“Məsələn, Play Store-da Google Chrome 86 mb yaddaş əhatə edirsə, bizim axtarış portalı cəmi 3, 12 mb yaddaş tutur”.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, Butterfly brauzerinin digər özəllikləri xüsusi Ad-blocker funksiyası və avtomatik  yenilənmə funksiyasıdır.

Məlumata görə, brauzer Play Market-də 96 min 400-dən çox yüklənib.

Şamxal Hüseynli qeyd edib ki, hədəfləri kiçik maddi dəstək alaraq brauzeri reklam edərək yükləmədən gəlir əldə etməkdir.


Layihə rəhbəri onu da bildirib ki, brauzer dünyanın 16 fərqli ölkəsindən yüklənib.

Butterfly ABŞ-ın nüfuzlu INTEL şirkətinin xüsusi qrantına layiq görülüb. Həmçinin, Çində təşkil edilən Dünya Texnologiyalar Sərgisində 1-ci yerə sahib olub. Layihə TUBİTAK proqramının kiçik mükafatını da qazanıb.