“Unilever”in CEO-su Paul Polman-dan 10 sitat | Banco.az

“Unilever”in CEO-su Paul Polman-dan 10 sitat

Paul Polman Hollandiya bir biznesmendir. Uzun müddət “Procter & Gamble”da işlədikdən sonra 2006-cı ildə “Nestlé”nin idarə heyətinin üzvü seçildi. 2009-cu ildən isə, Britaniya-Holland istehlak məhsulları şirkəti “Unilever”in CEO-sudur. “Unilever”in 2017-ci ildə gəlirləri 53 milyard avroya yaxın və Paul Polman şirkətdən əmək haqqısı isə, 13 milyon dollar olmuşdu.

Dünya reallıq içərisində fırlanır və biz də bu reallığın içində yaşayırıq inancı ilə yaşayan “Unilever”in CEO-su Paul Polman uğurlu bir liderdir. Şirkət hədəflərinə çatmaqla bərabər ətraf mühitə atılan tullantıların miqdarını azaldaraq müsbət sosial təsiri artırmağı planlaşdırır. Bəs, bu addımları atarkən hansı prinsiplərə sadiq qalır?

1) Liderlik sadəcə enerji verməklə bağlı deyil, başqa insanların enerjisini də ortaya çıxartmalıdır.

2) İqtisadi inkişaf ilə davamlılıq arasında bir seçim etməliyik, ikisinə də eyni anda sahib ola bilmərik.

3) Davamlılıq hədəfimizə çatsaq, ancaq bizi heç kim izləməsə, uğursuz olarıq.

4) Bəşəriyyətin 8000 il boyunca istehsal etdiyini xəyal edin. İndi isə, bəşəriyyət tarixində istehsal edilən kəmiyyətin qarşıdakı 40 il içərisində təkrar istehsal etməyimizi düşünün…

5) Həyatın yalnız özümüzdən ibarət olmadığını, başqalarına investisiya etməklə bağlı olduğunu kəşf etdiyiniz an, böyük bir lider olmaq yolunda addımladığınız andır. Hər şeydən öncə bir liderin əsas xarakteri insan olmaqdır. Xüsusi olmağa ehtiyac yoxdur, məsuliyyət sahibi olmaq səni xüsusi edəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

6) Dünya dəyişir. Bir şirkətdə hər hansı bir vəzifədə çalışmaq üçün yeni bacarıqlar öyrənməyiniz lazımdır. Bununla bərabər keçmiş təcrübələrinizdən də faydalanmağınız qaçınılmazdır.

7) 1 milyarddan artıq insanın ac, 1 milyarddan artıq insanın isə, piylənmədən əziyyət çəkməsi qəbul edilməz bir həqiqətdir.

8) İnsanlarla danışan zaman onların dəyərlərinə baxaram. Əgər fərdin dəyərləri və şirkət dəyərləri üst-üstə düşürsə, hər zaman dediyim kimi, müvəffəqiyyət qaçınılmazdır.

9) Uğur nədir? Məncə, müvəffəqiyyət qazanmaq üçün yola çıxdığın hədəfini reallaşdırmaqdır. Sadəcə, CEO olmaq bir uğur deyil. Uğuru vəzifə ilə eyni tutmuram.

10) “Uğurlu liderliyə ən yaxşı 10 məsləhət” və ya “10 dəqiqə ərzində liderlik necə öyrənilə bilər?” deyə tövsiyə verməyəcəm. Bir lider başqalarına müsbət enerji verən insandır. Məncə, hər kəs liderdir.

Moneta.az