Unibankın mobil tətbiqi vasitəsilə pulu kartdan karta necə köçürmək olar? - VİDEO | Banco.az

Unibankın mobil tətbiqi vasitəsilə pulu kartdan karta necə köçürmək olar? - VİDEO

Unibankın müştəriləri bankın mobil tətbiqi vasitəsilə pulu kartdan digər karta necə köçürə bilər?

Bankın mobil tətbiqinə daxil olduqdan sonra aşağıdakı ardıcıllıqla əməliyyatı həyata keçirə bilərsiniz:

1. Mütəmadi köçürmələr bölməsindən "Digər karta" klikləyin;

2. Açılan pəncərədə əvvəlcə alan kartın 16 rəqəmli kodunu daxil edin;

3. Bundan sonra pulu hansı kartdan göndərəcəyinizi seçin;

4. Pulu göndərəcəyiniz kart digər kartdırsa (yəni proqramda qeydiyyatda olmayan kartdırsa), kartın 16 rəqəmli kodunu, son istifadə müddətini və kartın arxasındakı 3 və ya 4 rəqəmli kodunu qeyd edin;

5. Daha sonra göndərəcəyiniz məbəğin miqdarı və valyutasını yazın;

6. "Davam etmək" düyməsini basaraq məlumatları yenidən yoxlayın;

7. Təsdiqləmək düyməsini basmaqla əməliyyatı tamamlayın. 

Digər bankların mobil tətbiqi vasitəsilə kartdan karta pul köçürmə (card to card) xidməti ilə buradan tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Video Banco.az tərəfindən hazırlanıb.

Tahir Əsgərli və Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram