"Unibank"dan aşağı faizlə ipoteka krediti götürün, eviniz olsun! | Banco.az

"Unibank"dan aşağı faizlə ipoteka krediti götürün, eviniz olsun!

“Unibank”ın aşağı faizli ipoteka krediti kampaniyası davam edir.

Payızı öz evinizdə qarşılamaq istəyirsinizsə, bu imkandan faydalana bilərsiniz. “Unibank”ın adi ipoteka kreditləri üzrə endirimli, illik 7%-lik ipoteka krediti kampaniyası aylıq ödənişinin daha sərfəli olmasını və kredit ödənişi müddətində minlərlə manat vəsaitə qənaət etmək istəyənlər üçündür. Kampaniya avqustun 31-dək davam edəcək.

Unibank 2006-cı ildən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasındadır. Həmin tarixdən bu günədək 2003 müştəriyə ipoteka krediti ayrılıb. Bu müddətdə verilən kreditlərin ümumi həcmi 106 milyon manatı ötüb.

İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında rəsmiləşdirilir.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.

Ən sərfəli kredit üçün müraciət et

Unibank- Sənin Bankın!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram