Unibank – Hər kəsin bankı! | Banco.az

Unibank – Hər kəsin bankı!

Unibank 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranmışdır. 27 dekabr 2002-ci il tarixində Bank adını "UNİBANK Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyəti adı ilə əvəz etmişdir.

Lakin bank öz yaranma tarixini 1992-ci ildən - 27 iyul 1992-ci il tarixində "MBANK" Kommersiya Bankı təsisçilərinin qərarı ilə Açıq Tipli Səhmdar Cəmiyyətinə çevrildiyi gündən hesablayır. Məhz bu səbəbdən 2011-ci il 27 iyul tarixində bank özünün 10 illik yubileyini qeyd etmişdir.  Amma qeyd etdiyimiz kimi 2002-ci il Bankın tarixində bir dönüş, çevriliş ili olmuşdur.  Məhz bu dövrdə Bank Avropa Yenidənqurma və İnkişaf Bankının ticarətin maliyyələşdirilməsi proqramının iştirakçısı olmuş, onun çərçivəsində bir neçə dəfə iri həcmli kreditlər cəlb etmişdir.

10 yanvar 2003-cü il tarixində UNİBANK yerli plastik kartların emissiyasına başlayıb. 5 sentyabr 2003-cü il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Unibank arasında aparılmış uğurlu danışıqlar nəticəsində Bankın səhmlərinin 20 faizinin əldə edilməsi yolu ilə Avropa Yenidənqurma və İnkişaf Bankının Unibank-ın səhmdarları sırasına daxil olması barədə ikitərəfli sazişi rəsmi imzalanmışdır . 9 oktyabr 2003-cü ildə bank Visa İnternational Beynəlxalq ödəniş sisteminin üzvləri sırasına daxil olmuşdur.

Zənnimcə, Bankın tarixində ən önəmli dövrlərdən biri 2006-ci ilə təsadüf edir. Mənim də Unibankla tanışlığım məhz həmin dövrdən başlayır. Belə ki, məhz 2006-cı iyulun 3-də Unibank Azərbaycan plastik kart bazarına bu gün də öz mövqeyini qorumağı bacaran “Al Kart”-ı daxil etmişdir. Bu ad ilə Unibank yeni məhsul - kredit kartını buraxmışdır. Bu kartın reallaşdırılması “Nə istəyirsən - AL” devizi altında həyata keçirilirdi”. (Həmin dövrdə yeni kartın bazara daxil olması həm də maraqlı reklam kampaniyaları ilə müşayiət olunurdu və bu kampaniyalar hətta mənim kimi bank sektoruna tamamilə uzaq sıravi vətəndaşın diqqətini də cəlb edə bilmişdi).

Unibank həm də Azərbaycan bank sistemi tarixində ilk dəfə subordinasiya olunmuş kreditin alıcısıdır.

2006-cı il dekabr ayının 13-də Unibank KB Azərbaycan bank sistemi tarixində subordinasiya olunmuş kreditin ilk alıcısı oldu. Ümumi həcmi 5 mln. ABŞ dolları olan subordinasiya olunmuş maliyyələşdirilmənin alınması haqqında Unibank-la FMO (the Netherlands Development Finance Company) arasında saziş 7 il müddətinə imzalanmışdır. Bu kreditin vəsaiti ikinci səviyyə kapitalının formalaşmasının əlavə mənbəyi olmuşdu.

2007-ci ildə isə Bank Azərbaycanda ilk dəfə fərdi dizayna malik kartlar təqdim etmişdir.  

2007-ci il may ayının 1-də Unibank MasterCard beynəlxalq ödəniş sisteminin plastik kartlarının buraxılmasına başladı.

İlk Beynəlxalq reytinq

2007-ci ilin iyul ayında Unibank özünün ilk beynəlxalq reytinqini aldı. Moody’s Investor Service reytinq agentliyi Banka “müsbət” B2 reytinqi verdi.

Ən sərfəli kredit üçün müraciət et

Bankın tarixini araşdırsaq, yenə də qeyd edilməyə layiq nailiyyətlər və vacib tarixlərlə qarşılaşacağıq. Amma bir az da bugünkü vəziyyətinə nəzər salsaq yaxşıdır.

Səhmdarlar

Rezidentlər: 

  • Qəribov Eldar Mahmud oğlu - 65,3384% (nizamnamə kapitalında payı - 52,38%)
  • Cəfərova Zemfira Mirzə qızı - 5,5000% (nizamnamə kapitalında payı - 4,41%)
  • Minoritar səhmdarlar - 5,6768% (nizamnamə kapitalında payı- 4,55%)

Qeyri-rezidentlər: 

  • Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) - 15,1515 % (nizamnamə kapitalında payı -12,15 %)
  • Almaniya İnvestisiya Şirkəti (DEG)  - 8,3333 %   (nizamnamə kapitalında payı -6,68 %)

Unibank bu gün

2012-ci ildən etibarən Bank yeni strategiya qəbul edərək riteyl sektora doğru genişlənməyə başladı və bu strategiya getdikcə özünü daha çox bankın məhsullarında, marketinq, reklam və PR kampaniyalarında əks etdirməyə başladı.

2012-ci ilin iyulunda Unibank “Albalı” kartı ilə taksit kart bazarına daxil oldu və bununla həmin bazardakı rəqabətə canlılıq qatdı.  

Üstündən iki il keçdikdən sonra “Albalı” təkmilləşdi və bazara daha yeni bir məhsul “Albalı+” daxil oldu ki, o, hal-hazırda bu bazarda olan digər taksit kartlardan öz funksiyalarına görə xeyli fərqlənir.

Bankın mərkəzi ofisindən əlavə paytaxtda 21, regionlarda isə 14 filialı vardır.

Maliyyə göstəriciləri haqqında

Kredit portfelinin strukturu

Könül Soltanova/Banco.az