Hər kəs həyatında bir dəfə də olsa, görəcəyi işlər qarşısında özünü aciz hiss edir. Həyatımızı dəyişdirəcək bir qərarın verilməsi zamanı qeyri-müəyyənlik içərisində qalmanın, nə olduğu bir çox insanlara məlum hissdir. Haqqında düşündüyümüz uğursuzluq ilə reallıqda rastlaşdıqdan sonra gördüyümüz işdən əllərimizi üzməyi belə düşünürük .
Tanınmışlardan bir çoxu uğursuzluqlardan keçib, məyusluqlar ilə kifayət qədər sınanıblar. Amma buna baxmayaraq, özlərində güc taparaq, yollarıını davam etdirməyi bacarıblar.
Banco.az olaraq, 3 tanınmışın uğursuzluqlar ilə sınanmış, uğur hekayələrini təqdim edirik.
Stiven Spilberq (Steven Spielberg)
Stiven müasirliyin dahi rejissoru - “Yura dövrünün parkı”, “Şindlerin siyahısı” və digər tanınmış ekran əsərlərinin yaradıcısıdır. Lakin bu zirvəyə çatmazdan əvvəl o, çox saylı uğursuzluqlar ilə demək olar ki, daim üz-üzə gəlməyə alışmışdır.
Gənc ikən, kinomatoqrafiya dahisi, Cənubi Kaliforniya Universitetinin nəzdində fəaliyyət göstərən kinomatoqrafiya incəsənəti məktəbinə qəbul ola bilmir. Belə ki, Stiven lazım olduğundan daha az bal toplayır və bəxtini bir daha sınamaq qərarına gəlir. Amma bu dəfə də uğursuzluqla qarşılaşır. Daha sonra, digər bir fakültəyə sənədlərini təqdim etsə də yenə müraciəti geri çevrilir. Siz indi yəqin fikirləşirsiniz ki, Stiven bir çox insan kimi məqsədlərindən əl çəkir. Lakin Stiven texniki kollecə qəbul olur və asudə vaxtlarını Universal Pictures-in bəyəndiyi həmin o qısa metrajlı filmin çəkilişinə sərf edir. Çətinliklər ilə başlayan hekayənin sonluğu isə artıq məlumdur.
Bill Qeyts (Bill Gates)
Çox az insan bilir ki, Bill Qeyts ilk olaraq Microsoft yox, (şəhər idarəsinin yollarda quraşdırdığı sayğacların istehsalı ilə məşğul olan) Traf-O-Data şirkətini təsis edir. Amma bəxbəxtçilikdən və ya xoşbəxtlikdən şirkət bir müddət sonra fəaliyyətinə son verir və Bill Qeytsin iş imici xeyli zədələnir.
Amma Bill Qeyts, məyusluğa yol verməyərək, dostları ilə birgə dayanmadan çalışır. Onlar, bütün dünya üzrə kompyuterlər üçün proqram təminatını təqdim edən əsas şirkətlərdən biri olan Microsoft şirkətini yaradır və onu dünya brendinə çevirirlər.
Maykl Cordan (Michael Jordan)
Həmçinin oxu: Sıfırdan zirvəyə uzanan ilham verici 6 UĞUR hekayəsi
Bütün dünyada tanınmış basketbolçu Maykl Cordan, idman ulduzuna çevrilməzdən əvvəl belə boy faktorunun idman sahəsində elə də önəmi olmadığını sübut edir. Belə ki, idmançının boyu basketbol üçün balaca sayılır.
Maykl hələ uşaq ikən, idman düşərgəsində olarkən kollecin basketbol üzrə yığmasında yer almağa qərara alır. Məşqçi onun bacarığına valeh olmasına baxmayaraq, boyunun kifayət qədər hündür olmamasına görə, onu yığmaya götürmür. Maykl idman karyerasının bitdiyini düşünərək, sarsıntı keçirir. Amma anası, onun heç kəsə və heç nəyə baxmadan çalışmasını və məşqçinin sözlərini uğurlu nəticələr ilə təkzib etməsini söyləyir. Basketbol ulduzu, bu məsləhətdən yararlanaraq, uğurlara imza atmağa nail olur.
Bütün bunları nəzərə alaraq, belə nəticə çıxarmaq olar ki; uğur qazanmaq istəyən hər kəs, bu yolda rast gəldiyi çətinliklər ilə mübarizə aparmağa hazır olmalıdır.