“Uğursuzluq muzeyində” hansı məşhur brendlərin məhsulları sərgilənir? | Banco.az

“Uğursuzluq muzeyində” hansı məşhur brendlərin məhsulları sərgilənir?

Müəllif - Aida İsaq, Banco.az

Bir çox dünyaca məşhur brendlərin məhsulları Nyu Yorkdakı “Uğursuzluq Muzeyində” sərgilənir. Muzey ziyarətçilər üçün uğursuz cəhdlərdən belə ilham ala bilmək ideyası üzərində qurulub. Gəlin, onlardan bəziləri ilə tanış olaq. 

“Pringles”in yağsız çipsləri

“Pringles” 1990-cı illərin əvvəllərində aşağı kalorili pəhrizin dəbdə olduğu dövrdə yağsız çipslərini təqdim edir. İlk olaraq bu addım məntiqli bir təşəbbüs kimi görünsə də, ancaq çipslərin tərkibindəki olestra adlı maddə ishal və mədə krampları kimi yan təsirlər yaratdı. Buna görə də çipslər tezliklə populyarlığını itirdi.

 “Coca Cola”nın şəkərli içkiləri

1975-ci ildə istehlakçıların daha şirin dadı olan “Pepsi”yə üstünlük verməsindən sonra “Coca Cola” strategiyasını dəyişərək daha şəkərli kola içkilərini təqdim edir. Lakin yeni dadın bəyənilməməsi şirkəti köhnə orijinal dadına qayıtmağa vadar etdi.

“Google”un ağıllı smart eynəkləri 

Ən sərfəli kredit üçün müraciət et

“Google”un ağıllı smart eynəkləri ilk dəfə təqdim olunduqda texnologiya həvəskarları onun üçün 1500 dollar xərcləməyə razı oldular. Ancaq daxili kameranın məxfilik problemləri ilə bağlı narahatlıqları artırması modelə olan marağın itməsinə səbəb oldu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram