Türkiyənin xarici ticarət kəsiri dekabr ayında 9,57 mlrd. dollar təşkil edib.
"Report" Türkiyə Gömrük və Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, dekabr ayında ixrac illik müqayisədə 8,6% artaraq 13,9 mlrd. dollar, idxal isə 27,7% artaraq 23,5 mlrd. dollar təşkil edib. Beləliklə dekabr ayında xarici ticarət kəsiri illik müqayisədə 71,4% artım göstərib.
Məlumatda həmçinin bildirilib ki, xarici ticarət kəsiri 2017-ci ildə 2016-cı illə müqayisədə 37,5% artaraq 77,1 mlrd. dollara bərabər olub.
"Report"un analitik qrupu bildirir ki, xarici ticarət balansında kəsirin artması Türkiyədə lirənin ucuzlaşmasına gətirib çıxaracaq. Lirənin ucuzlaşması əsasən qlobal böhran hallarında daha da kəskinləşəcək.