Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyənin xam polad istehsalı oktyabr ayında 4,1 faiz artıb.
Banco.az xəbər verir ki, Türkiyə Polad İstehsalçıları İttifaqı (TÇÜD) oktyabr ayı üzrə xam polad istehsalı, istehlakı və xarici ticarət məlumatlarını açıqlayıb.
Buna görə, xam polad istehsalı oktyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,1 faiz artımla 3 milyon ton olaraq hesablanıb.
Yanvar-oktyabr aylarında isə sözügedən istehsal 8,8 faiz azalaraq 27,5 milyon tona düşüb.
Oktyabr ayında polad məhsullarının ixracı əvvəlki ilin eyni ayına görə miqdarca 3,9 faiz azalaraq 1,1 milyon tona, dəyər etibarilə isə 8,2 faiz azalaraq 780,2 milyon dollara geriləyib.
Polad məmulatlarının idxalı isə ötən ilin eyni ayı ilə müqayisədə miqdarca 3,1 faiz artaraq 1,2 milyon tona, dəyər baxımından isə 5,2 faiz azalaraq 1 milyard dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!