Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə yanvar-noyabr aylarında İspaniyaya 8 milyard 548 milyon 883 min dollarlıq ixrac həyata keçirib.
Banco.az xəbər verir ki, Türkiyə bazar müxtəlifliyi, geosiyasi mövqeyi, güclü infrastrukturu və ixtisaslı işçi qüvvəsi ilə həm öz regionunda, həm də dünyada fərqlənərək ixrac rekordları qırmağa davam edir.
Xüsusilə Avropa üçün strateji ticarət tərəfdaşı olan Türkiyə davamlı iqtisadi artımı ilə investisiya qoymaq istəyən ölkələrin diqqətini çəkir.
Bu çərçivədə Türkiyə əsas bazarı olan Avropa İttifaqının (Aİ) aparıcı ölkələrindən biri olan İspaniyaya ixracını da artırır. İkitərəfli ticarətdə əsaslı addımlar atan Türkiyə və İspaniya söz sahibi olduqları sektorlardakı imkanlardan yararlanırlar.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına görə, Türkiyənin ixracatı ilin 11 ayı ərzində 2022-ci ilin eyni dövrünə görə 0,7 faiz artaraq 232 milyard 915 milyon 365 min dollara çatıb. Bu dövrdə Türkiyə İspaniyaya 8 milyard 548 milyon 883 min dollar ixrac həyata keçirməklə indiyə qədərki ən yüksək yanvar-noyabr göstəricisinə çatıb.
İspaniyaya ixrac illik 2,5 faiz artarkən, Türkiyənin ümumi ixracatında İspaniyanın payı isə 3,7 faiz hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!