Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə işsizlik nisbəti 11 ilin ən aşağı həddinə qədər geriləyib.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.
Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2023-cü ilin oktyabr ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 163 min nəfər azalaraq 2 milyon 961 min nəfərə çatıb.
İşsizlik səviyyəsi 0,5 bənd azalaraq 8,5 faiz təşkil edib. İşsizlik səviyyəsi kişilər üçün 7,0 faiz, qadınlar üçün isə 11,3 faiz hesablanıb.
Beləliklə, işsizlik səviyyəsi 5-ci ayda da birrəqəmli olaraq qalıb. Digər tərəfdən, işsizlik oktyabr ayında 2012-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə çatıb.
2023-cü ilin oktyabr ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 246 min nəfər artaraq 31 milyon 835 min nəfərə, məşğulluq səviyyəsi isə 0,3 bənd artaraq 48,5 faizə çatıb. Bu göstərici kişilərdə 65,8 faiz, qadınlarda isə 31,6 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!