Türkiyə dollarla bağlı yeni proqnozunu açıqlayıb. Yeni orta müddətli (3 illik) iqtisadi proqramda dolların məzənnəsi proqnozuna da yer verilib.
Hökumətin hesablamalarına görə, gələn il dolların məzənnəsi 5,60 lirə olaraq nəzərdə tutulub. Proqnozun reallaşması üçün, hazırda 6.20 Türk lirəsinin üzərində olan dolların gələn il ucuzlaşması lazımdır.
2018-ci il üçün orta hesabla dollar məzənnəsi 4.90 TL olaraq təxmin edilib. Dollar məzənnəsi bu il Yanvar-Aprel dövründə 3.70-4.00 TL, May-İyul dövründə 4.00-4.90 TL, Avqustdan bu yana isə 5.00-6.90 aralığında dalğalanıb.
Dollar məzənnəsi proqnozu 2020-ci il üçün 6.00 TL, 2021-ci il üçün də 6.20 TL olaraq nəzərdə tutulub.
fed/az