Türkiyə Mərkəzi Bankı (TCMB) Türk Lirəsi ilə olan ehtiyat tələbləri üzrə ödənilən faiz dərəcəsini 7% - dən 13% - ə yüksəldib.
Qeyd: Ehtiyat tələbləri - Banklara qoyulmuş depozitlərin müəyyən bir hissəsinin bu bankların Mərkəzi Bankdakı hesablarında saxlanması tələbi. Mərkəzi Bank ehtiyat tələblərini artırıb-azaltmaqla ölkədə pul təklifini tənzimləyir.
Yeni faiz dərəcəsinin 21 sentyabr tarixindən etibarən tətbiq ediləcəyi bildirilib.
Tamara Mustafayeva, Banco.az