Türkiyə iqtisadiyyatı III rübdə 6 faizə yaxın böyüyüb | Banco.az

Türkiyə iqtisadiyyatı III rübdə 6 faizə yaxın böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə iqtisadiyyatı üçüncü rübdə 5,9 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) ilin üçüncü rübünə dair ümumi daxili məhsul məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Türkiyə iqtisadiyyatı ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artıb.

TÜİK məlumatlarına görə, ölkədə rüblük artım da 0,3 faiz təşkil edib.

Ev təsərrüfatlarının yekun istehlak xərcləri 2023-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni rübünə nisbətən 11,2 faiz artıb. Dövlətin yekun istehlak xərcləri 5,3%, investisiyalar isə 14,7% artım göstərib.

2023-cü ilin üçüncü rübündə mal və xidmətlərin idxalı 14,5 faiz artdığı halda, ixrac artımı 1,1 faiz hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, iqtisadçıların proqnozu üçüncü rübdə illik artımın 5,5 faiz olacağı istiqamətində idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram