Amerikanın ən böyük investisiya bankı və maliyyə xidmətləri şirkətlərindən biri olan "Morgan Stanley", türk lirəsinin ucuz olduğunu bildirib.
"Morgan Stanley" türk lirəsi üçün tövsiyəsini Türkiyə Cumhuriyyəti Mərkəzi Bankının (TCMB) ötən həftəki faiz artımı qərarından sonra “neytral” – a yüksəldərkən real effektiv valyuta kursu və satın alma gücü tarazlığı baxımından türk lirəsinin “ucuz” olduğunu vurğulayıb.
"Morgan Stanley" həmçinin, “Türk lirəsi hazırda daha tarazlaşdırılmış haldadır, ancaq Türkiyənin beynəlxalq tərəfdaşları ilə əlaqələri və xarici maliyyə ehtiyacı nəzərə alındığı zaman risklər mövcuddur” deyə bildirib.
Tamara Mustafayeva, Banco.az