"TuranBank" milli təhlükəsizlik orqanları işçilərinə istehlak kreditləri üzrə endirim təklif edir | Banco.az

"TuranBank" milli təhlükəsizlik orqanları işçilərinə istehlak kreditləri üzrə endirim təklif edir

"TuranBank" milli təhlükəsizlik orqanları işçilərini peşə bayramları münasibətilə təbrik edir və onlar üçün kredit faizlərində 3% endirim elan edir. Bu barədə bankın yaydığı xəbərdə deyilir.

1919-cu il martın 28-də Azərbaycanda ilk Milli təhlükəsizlik orqanı yaradılmışdır. Ümümmilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanına əsasən 28 mart Azərbaycanda Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

"TuranBank" təhlükəsizlik orqanları işçilərini bayramları münasibətilə təbrik edir və 28, 31 mart və 1 aprel tarixlərində onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir! Göstərilən tarixlərdə "TuranBank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim "TuranBank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

"TuranBank" qeyd olunan kampaniya ilə yanaşı Novruz Bayramında müştərilərini sevindirmək məqsədilə yeni "Baden-Badenə səyahət" kampaniyasına başlamışdır. Kampaniyanın şərtlərinə əsasən fevral ayının 21-i mart ayının 19-u (daxil olmaqla) tarixləri aralığında bankın bütün satış nöqtələrində 2000 AZN-dən 10000 AZN-dək istehlak krediti (Kiçik Həcmli İstehlak, Müəllim, Səhiyyə, Hərbçi, Təqaüdçü, Tələbə və Yubiley kreditləri) alan hər 100-cü müştəri Baden-Baden şəhərinə səyahət turu qazanacaq. Səyahət paketinə 2 nəfərlik aviabilet, səyahət sığortası və mehmanxanada bir həftəlik qalma haqqı daxildir. Kampaniyada bankın istər mövcud, istərsə də yeni müştəriləri iştirak edə bilər.

Bundan əlavə, bank özünün Facebook səhifəsinin izləyiciləri üçün "Novruz adət-ənənələri" adlı fotoşəkil müsabiqəsini keçirir. Müsabiqənin qaliblərinə qiymətli mükafatlar hədiyyə olunacaq.
Bankın kampaniyaları haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.
TuranBank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank, "Muştuluq" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirmişdir. Bundan başqa adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə "TuranBank" Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

"TuranBank" "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Hazırda Bank, öz müştərilərinə Western Union, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Mənbə: trend.az