Müəllif: Tamara Mustafayeva, Banco.az
“Toyota” 2023-cü ildə "dünyanın ən çox satılan avtomobil istehsalçısı" titulunu qoruyub saxlayıb.
Banco.az xəbər verir ki, "Toyota Motor"un verdiyi açıqlamada şirkətin 2023-cü il üzrə avtomobil satışı və istehsal məlumatları təqdim edilib.
Məlumatlar göstərir ki, yapon istehsalçı 2023-cü ildə dünya üzrə 11,23 milyon avtomobil satışı həyata keçirib. Əvvəlki ilə görə 7,2 faiz artan satışlar şirkətin indiyə qədərki ən yüksək avtomobil satışları olub.
Hibrid modellərin satışı 31,4 faiz artaraq 3,42 milyona, elektriklə işləyən modellərin satışı isə 4 dəfədən çox artaraq 104 min 18 ədədə çatıb.
Rəsmi Kyodo agentliyi yapon firmanın ən böyük rəqibi olan alman istehsalçı “Volkswagen AG”nin 2023-cü ildə 9,24 milyon avtomobil satdığını bildirib.
Məlumatlar həmçinin göstərir ki, “Toyota Motor” 2023-cü ildə qlobal avtomobil istehsalını 8,6 faiz artıraraq 11,52 milyona çatdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!