Yaponiyanın "Toyota" şirkəti 2 milyon 270 min avtomobili geri çağırır.
Mətbuata verilən məlumata görə, buna səbəb təhlükəsizlik yastıqlarındakı nasazlıqlardır. Nasazlıq 2000-2004-cü illərdə istehsal edilmiş "Corolla" və "Yaris" modelli avtomobillərdə aşkar edilmişdir. Geri çağırılan avtomobillərin 650 mini Yaponiya bazarında satılmışdır.
Qeyd edək ki, bu il "Toyota" ümumilikdə 6 milyondan çox avtomobili geri çağırmışdır.
Mənbə: topnews.az