Tamara Mustafayeva, Banco.az
İlon Maskın sahib olduğu elektromobil istehsalçısı Tesla şirkətinin 1 aylıq Bitkoin qazancı 1 illik avtomobil satışlarını üstələyib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerikanın elektrik avtomobillərinin istehsalı ilə məşğul olan Tesla şirkəti ötən ay həyata keçirdiyi bitkoin yatırımının bəhrəsini görməyə başlayıb.
Ötən il 721 milyon dollar xalis gəlir əldə edən Tesla bu ilin yanvar ayında 1.5 milyard dollar dəyərində Bitkoin almışdı. Qeyd edilənə görə, şirkət təkcə bu investisiya qoyuluşundan 3 həftə ərzində 970 milyon dollar qazanc əldə edib. Bu isə o deməkdir ki, Tesla kriptovalyutaya sərmayə qoyuluşunun təkcə 3 həftəsindən bütöv il üzrə avtomobil satışından əldə etdiyi qazancdan daha çoxunu əldə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!