Gözəl yeniliklər xoşbəxtlik gətirir. Yenilənməyə evinizin içini və görünüşünü yeniləyərək başlamaq istəyirsinizsə təmir xərcləri sizi qorxutmasin.
Evinizi təmir etdirmək istəyirsiniz və bunun üçün kifayət qədər pulunuz yoxdursa bankların təklif etdiyi təmir kreditlərindən yararlana bilərsiniz. Əldə etdiyiniz kreditlə evinizi təmir etdirə və məbləği tədricən geri ödəyərək çətinlikdən azad ola bilərsiniz.
Cədvəldən təmir krediti təklif edən banklarla tanış ola bilərsiniz:
Banklar |
Məbləğ |
Faiz dərəcəsi |
Müddət |
AccessBank |
10 000 - 150 000 AZN |
24 - 25% |
24 aya qədər |
Caspian Development Bank |
5 000 – 25 000 AZN |
26 - 28% |
24 aya qədər |
Rabitəbank |
10 000 – 50 000 AZN |
20 - 24% |
3 – 60 ay |
Qeyd edək ki, təminat üçün daşınmaz əmlak girovu tələb olunur. Tələb olunan sənədlərə isə şəxsiyyət vəsiqəsi, girovun sənədi, iş yerindən arayış, ə/h hesabından çıxarış və ya gəliri təsdiq edən sənəd daxildir.
Qeyd edək ki, avtomobil krediti təklif edən bankların siyahısı ilə buradan tanış ola bilərsiniz.
Mebel krediti əldə etmək istəyirsinizsə buraya klikləyərək bu növ kreditləri təklif edən bankları və kredit təşkilatlarını tanıya bilərsiniz