Yeni dərs ilinin başlamasına az qalmış təhsilə önəm verən bir sıra banklar yeni kampaniyalarını elan etdilər. Bu kampaniyalar güzəştli kreditlər təklif edərək ödənişdə maddi sıxıntılar yaşayanlara əvəzolunmaz imkan yaratdı, xüsusən də ödənişli əsaslarla ali məktəbdə təhsil alan tələbələrə.
Təhsilə önəm verən bankları və onların kredit kampaniyalarını sizlərə təqdim edirik.
Həmçinin bax: Hansı banklar təhsil kreditləri verir? Yeni 2021
Bank BTB - Kredit Kampaniyası
Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədar müştərilərin nağd pul ehtiyaclarının artacağını nəzərə alan Bank “BTB” ASC sentyabrın 15-dək olan bir ay müddətində növbəti kredit kampaniyasını keçirir. Kampaniya şərtləri üzrə kreditin maksimal müddəti 24 ay, maksimal məbləği isə 3000 AZN-dir. Kreditin əldə olunması üçün zamin tələb edilmir. İllik faiz dərəcəsi 30% təşkil edir. Bundan əlavə krediti plastik kartla kredit xətti formasında da əldə etmək olar. Bu zaman Visa Classic və ya Masterсard Standard ödənişsiz müştəriyə hədiyyə olunur.
Bank of Baku - Təhsil gələcəyimizdir, dəstək öhdəliyimizdir
“Təhsil gələcəyimizdir, dəstək öhdəliyimizdir” şüarı altında keçirilən kampaniya ödənişli əsaslarla təhsil alan tələbələrin illik təhsil haqqlarının qarşılanmasına dəstək məqsədi daşıyır.
Belə ki, 16-31 avqust 2017-ci il tarixlərini əhatə edən təhsil kampaniyası çərçivəsində, 10.000 manatadək Nağd Pul Kreditinə 3% ENDİRİM və 0% KOMİSSİYA tətbiq edilir.
Kampaniya çərçivəsində kredit rəsmiləşdirilməsi üçün ölkə ərazisində yerləşən ali təhsil ocaqlarında ödənişli əsaslarla təhsil alan tələbələrin ailə üzvlərindən biri – valideyni, nənə və ya babası, bacı və ya qardaşı müraciət edə bilər.
Təhsil Kampaniyası üçün müraciət edən müştərilər, həmçinin aşağıdakı güzəştli şərtlərdən faydalana biləcəklər:
- İllik faiz dərəcəsinə 3% ENDİRİM;
- Rəsmiləşdirmə komissiyası 0%;
- Əmək haqqı tələbi vergilər daxil min. 185 AZN;
- Ödəniş müddəti 3-36 ay;
- Maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı;
- Məbləğdən asılı olaraq ZAMİNSİZ KREDİTLƏŞMƏ;
- ÇEVİK rəsmiləşmə.
NBC Bank - Təhsil Krediti
“NBCBank ASC” bu il tələbə adını qazananlar və artıq tələbə olanlar üçün təhsil haqqlarının ödənilməsinə yönəlmiş “Təhsil krediti”ni də 10% ENDİRİMLƏ təklif edir.
Kreditin şərtləri:
- 3 000 AZN-dək
- 1 500 AZN-dək zaminsiz
- 12 ayadək
- İllik 22%
- Bank xərci 3%