Təhsil nazirindən təhsil krediti tapşırığı | Banco.az

Təhsil nazirindən təhsil krediti tapşırığı

Təhsil haqqı üçün alınan kredit borclarının qaytarılma mexanizmi hazılanarkən tələbənin sosial vəziyyəti də nəzərə alınacaq.

Bunu "Maarifçi" Tələbə Kredit Fondundan bildiriblər.

Bildirilib ki, Fondun hazırkı kredit qaytarma mexanizmı dünyada fəaliyyət göstərən fondların ümumi praktikasına əsaslanır:

"Lakin təhsil naziri Ceyhun Bayramovun tapşırığına əsasən, Fond Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə kredit borclarının qaytarılması ilə bağlı beynəlxalq təcrübədə olan alternativ mexanizmlər üzərində çalışır. Sözügedən mexanizm hazırlanarkən tələbənin sosial vəziyyəti, əmək bazarında gənclərin məşğulluq imkanları və digər zəruri amillər əsas götürüləcək".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, maliyyə naziri Samir Şərifov təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlayıb:

"Təhsil krediti alanların onu qaytaracağı böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub - kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək".

© Trend